Ana Sayfa > Karusel / Siyasət > YAP-da Veteranlar Şurası yaradıldı - Sədr Arif Rəhimzadə oldu
YAP-da Veteranlar Şurası yaradıldı - Sədr Arif Rəhimzadə oldu5-03-2021, 14:14. Yazar: Admin |
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Veteranlar Şurası yaradılıb. Qarabaginfo.az xəbər verir ki, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Veteranlar Şurasında cəmlənib. Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb. Qurumun Siyasi Şurası buraxılıb və yeni Nəzarət Təftiş Komissiyası yaradılıb. Komissiyanın tərkibi 35 nəfərdən ibarət olacaq. (Qafqazinfo)
Geri dön |