Ana Sayfa > Karusel / Gündəm > Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA

Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA


5-03-2021, 11:15. Yazar: Admin

Martın 6-da Əfv Məsələləri Komissiyasının videoformatda növbəti iclası keçiriləcək.

Qarabaginfo.az-ın məlumatına görə, növbəti həftə üçün daha 3 iclasın keçirilməsi nəzərdə tutulub. Bununla da Komissiyanın iclaslarına yekun vurulacaq.


Toplanmış materiallar Əfv Məsələləri Komissiyasının sədri tərəfindən ölkə başçısına təqdim olunacaq.

 

Rəsmi məlumata görə, indiyədək keçirilmiş iclaslarda 500-dən çox müraciətə baxılıb. Müraciətlər müxtəlif kateqoriyaları, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxsləri əhatə edir.


Geri dön