Ana Sayfa > Karusel / Gündəm > Bakıda gips əsaslı məmulatlar zavodu açılacaq
Bakıda gips əsaslı məmulatlar zavodu açılacaq4-03-2021, 15:23. Yazar: Admin |
Yaxın vaxtlarda Qaradağ rayonunda gips əsaslı məmulatlar zavodu istifadəyə veriləcək. İqtisadiyyat Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, hazırda zavodda son tamamlama işləri aparılır. İldə 8 mln. kvadrat metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib. Geri dön |