Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb


3-03-2021, 10:27. Yazar: Admin

 

Təhsil Nazirliyi valideynlərə müraciət edib

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu həftənin I günündən etibarən təhsil müəssisəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: “Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən etibarən, martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”.


Geri dön