Ana Sayfa > Karusel / Gündəm / Mədəniyyət > Rəmişin səhhəti yaxşılaşır
Rəmişin səhhəti yaxşılaşır3-03-2021, 10:24. Yazar: Admin |
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova AzTV-yə müsahibəsində bildirib. O qeyd edib ki, Rəmiş xəstəxanaya gec yerləşdirilsə idi, onu itirə bilərdik: “Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin”. Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.
Geri dön |