Ana Sayfa > Karusel / Gündəm > "Azərpoçt"a yeni baş direktor təyin olunub
"Azərpoçt"a yeni baş direktor təyin olunub2-03-2021, 17:00. Yazar: Admin |
Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub. MMC-dən Qarabaginfo.az-a verilən məlumata görə, bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb. O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib. Ə. Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bu ilin fevral ayının 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində çalışıb. Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb. Qeyd edək ki, Nazim Süleymanov da ötən ay baş direktorun müavini vəzifəsinə təyin edilib. Geri dön |