Ana Sayfa > Karusel / Gündəm > Nazir şəhid övladına Şuşada vəzifə verdi
Nazir şəhid övladına Şuşada vəzifə verdi2-03-2021, 16:19. Yazar: Admin |
Şuşa şəhər polis şöbəsinə yeni təyinat olub. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsində əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov tutduğu vəzifədən azad edilərək Şuşa şəhər polis şöbəsinin əməliyyat müvəkkili təyin edilib. Qeyd edək ki, S.Əsgərovun atası Xəzani Əsgərov Şuşa şəhər Polis Şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olub. Geri dön |