Ana Sayfa > Karusel / Kriminal > Bakıda banka basqın olub

Bakıda banka basqın olub


18-01-2018, 15:36. Yazar: Admin

 

 

Fakt üzrə araşdırmalar davam etdirilir

“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Geri dön