Ana Sayfa > Karusel / Gündəm / İdman > Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq

Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq


2-03-2021, 12:09. Yazar: Admin

Yerli televiziya və radio nümayəndələrinin "Formula 1" yarışlarında akkreditasiyasına icazə verilməyəcək. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva məlumat verib. O qeyd edib ki, yeganə yayım hüququna malik telekanal "İdman TV" olacaq. 

 

Bundan əlavə, daimi akreditasiyası olmayan xarici jurnalistlər də "Formula 1"i işıqlandıra bilməyəcək. 

 

Ümumilikdə, "Formula 1" yarışlarında akkreditasiyadan keçən mətbuat nümayəndələrinin sayında 30-40 faiz azalma gözlənilir. 


Geri dön