Ana Sayfa > Karusel / Gündəm / Dünya > İranda 4 nəfər edam olunub

İranda 4 nəfər edam olunub


2-03-2021, 10:34. Yazar: Admin
İranda 4 nəfər edam olunub

İranda dövlətə qarşı qiyam qaldırmaqda ittiham olunan nəfər edam edilib.

Qarabaginfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, İran məhkəməsi ölkənin İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) fəalları Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi, Nasir Nafacian barəsində ölüm hökmü verib.

Hökm Xuzistan əyalətinin Əhvaz şəhərindəki Sepida həbsxanasında icra olunub.

Onlar 2017-ci ildə Əhvazda iki polis məntəqəsinə hücum etməkdə ittiham olunublar. Məlumata görə, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi bu il yanvarın 28-də edam edilən Əli Matiri ilə görüşün qadağan edilməsinə və həbsxana rəhbərliyinin onunla pis rəftarına etiraz olaraq dodaqlarını tikmişdilər.

İranın təhlükəsizlik orqanlarına yaxın mənbələr bəzi KİV təmsilçilərinə bildirib ki, yuxarıda adları qeyd olunan 4 nəfər “terrorçu fəaliyyətinə” görə edam olunublar.

İranın İRNA dövlət agentliyinin məlumatına əsasən, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi və Nasir Nafacian Əhvaz Milli Dirəniş (Müqavimət) Təşkilatı adı altında fəaliyyət göstərən Əl-Əhvaziyyə (Əhvaz Azadlıqsevər Ərəb Hərəkatı) qruplaşmasının “əsas kadrları” sayılırlar. Onların Suriyada fəaliyyət göstərən “Əl-Nusra” qruplaşması ilə əlaqəsi olduğu iddia olunur.(Report)


Geri dön