Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Azərbaycanla Türkiyə arasında sazişi təsdiqlədi
Ərdoğan Azərbaycanla Türkiyə arasında sazişi təsdiqlədi2-03-2021, 10:19. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib. Qarabaginfo.az-ın məlumatına görə, R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb. (Trend) Geri dön |