Ana Sayfa > Karusel / Gündəm > “YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir


1-03-2021, 17:00. Yazar: Admin

 

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“YAŞAT” Fondundan Qarabaginfo.az-a bildirilib ki, hər üç qazimiz “YAŞAT” Fondunun diqqət mərkəzindədir:

"Hər birinin səhhətinə xüsusi həssaslıqla yanaşılır. Qazimiz Cahangir Əliyevin ailəsi “YAŞAT” Fonduna qazimizin müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardım istədiyini bildirib və Fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib. Buna baxmayaraq qazimiz “YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcəkdir. Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.

Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün "YAŞAT" Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcəkdir.

Allah qazilərimizə şəfa versin!".


Geri dön