Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır
Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır1-03-2021, 13:14. Yazar: Admin |
Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Bu barədə "Azərlotoreya" ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev məlumat verib. Onun sözlərinə görə, yeni şirkətin ölkə bazarına daxil olması TOPAZ-ın fəaliyyətinə mənfi təsir etməyəcək: "Sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik. Hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək". M.Tağıyev hesab edir ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya" olacaq: "Sadəcə, idarəetmə Türkiyə şirkətinə veriləcək. Düşünürəm ki, mərc oyunları operatoru öz adı ilə fəaliyyət göstərəcək. Bu, mənim subyektiv fikrimdir. Çünki artıq bu şirkətin özü brendə çevrilib. İstənilən halda, hər şey Türkiyə şirkətinin səlahiyyətindədir. Bilmirəm, bəlkə də adı dəyişər". Qeyd edək ki, yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.(report) Geri dön |