Ana Sayfa > Karusel / Gündəm > Talış və Ağdama getmək istəyənlər saxlanıldı - Foto

Talış və Ağdama getmək istəyənlər saxlanıldı - Foto


1-03-2021, 11:45. Yazar: Admin

Talış və Ağdama getmək istəyənlər saxlanıldı

 

İşğaldan azad olunmuş Talış kəndi və Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Keçirilmiş digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulmuş nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.

 Araşdırmalarla onların Tərtər rayon sakinləri Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.


Geri dön