Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib28-02-2021, 15:17. Yazar: Admin |
Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib. Hazırda 2 549 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444, bu günə qədər isə ümumilikdə 2 598 679 test icra olunub. Geri dön |