Qazaxıstanda sərnişin avtobusu yanıb.
"Qarabaginfo" "Apa.az"a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.
Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.
Yanğının başvermə səbəbləri araşdırılır.