Ana Sayfa > Karusel / Region > Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI

Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI


25-02-2021, 19:58. Yazar: Admin

Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketləri ilə bağlı açıqlama verib.

 

Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, qurum Qarabağda bu raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.

“Qarabağda “İsgəndər-M” tətbiq olunmayıb. Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”- deyə açıqlamada deyilir.

 

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı.

 


Geri dön