Ana Sayfa > Karusel / Region > Ermənistan müxalifəti parlamentin binası qarşısında çadırlar qurur

Ermənistan müxalifəti parlamentin binası qarşısında çadırlar qurur


25-02-2021, 19:23. Yazar: Admin

Ermənistan müxalifəti parlamentin binası qarşısında çadırlar qurur

Ermənistanın müxalif “Vətənin Xilası Naminə Hərəkatı”nın tərəfdarları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Qarabaginfo.az APA-ya istinadən verdiyi xəbərə görə, Baqramyan prospektini bağlayan müxalifət tərəfdarları çadırlarda gecələyəcəklərini bildiriblər.

Eyni zamanda, müxalifət ölkədəki siyasi böhrandan çıxış yolları axtarmaq üçün Ermənistan prezidenti Armen Sarkisyanla danışıqlar aparmağa nümayəndə heyəti də göndərib.


Geri dön