Ermənistan paytaxtında hakimiyyət və müxalifət tərəfdarlarının mitinqi zamanı çox funksiyalı döyüşçülər səmada dövrə vurub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Bildirilib ki, Su-30 təyyarələri İrəvan səmalarında birdən-birə peyda olub.
Qeyd edək ki, Ermənistan Rusiyadan 4 Su-30 təyyarəsi alıb. Onlar ölkəyə 2019-cu il dekabrın sonunda gətirilib. “Sputnik Armenia”nın məlumatına görə, həmin təyyarə bu yaxınlarda Erebunidəki Rusiya aviabazasına təslim edilib. Bu səbəblə hazırda Yerevan səmalarında kimin təyyarələrinin uçduğu bilinmir.