Ana Sayfa > Karusel / Sosial > Azərbaycanın avtomobil yollarının vəziyyəti açıqlanıb
Azərbaycanın avtomobil yollarının vəziyyəti açıqlanıb25-02-2021, 17:18. Yazar: Admin |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət açıqlayıb. AAYDA-dan Qarabaginfo.az-a verilən məlumata görə, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Giləzi – Xızı yolunda yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Bakı – Qobustan yolunda yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Qobustan - Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Muğanlı - Ağsu – Yevlax avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Bakı - Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hacıqabul - Ucar – Yevlax yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Muğanlı - İsmayıllı yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir. İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Gəncə - Daşkəsən – Xoşbulaq yolunda daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Masallı - Yardımlı avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Lənkəran – Lerik yolunda yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hacıqabul - Bəhramtəpə - Horadiz yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Geri dön |