Ana Sayfa > Karusel / Qarabağ > İƏT Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb
İƏT Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb25-02-2021, 16:13. Yazar: Admin |
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb. Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib. “Azərbaycanın Xocalı şəhərində baş verən soyqırımın 29-cu ildönümü münasibətilə İƏT Baş katibi Yusif bin Əhməd əl-Useymi faciə zamanı həyatını itirənləri yad edir.
İƏT Baş katibliyi Xocalı soyqırımının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində baş verdiyini bir daha vurğulayır. 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvəsinin 12-ci iclasında Qahirə Yekun Təqdimatı (Paraqraf 117) və Xarici İşlər Nazirləri Şurasının 27-28 noyabr tarixlərində Niger respublikasının Niamey şəhərində keçirilmiş 47-ci Sessiyasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” haqqında müvafiq qərar qəbul edilib. Bu qərarda işğal altındakı Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətlər hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi qiymətləndirilib. Bu kədərli hadisə ilə əlaqədar Baş katib Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həll edilməsinə çağıran qətnamələrini, qəbul edilmiş normalara uyğun olaraq beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini xatırladır”, - deyə bəyanatda qeyd olunub. Geri dön |