Ana Sayfa > Karusel / Gündəm > Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad etdi

Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad etdi


25-02-2021, 13:10. Yazar: Admin

 

Paşinyan Baş Qərargah rəisini vəzifəsindən azad etdi

 

Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Qarabaginfo.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan ordusunun yüksək rütbəli şəxsləri tərəfindən imzalanan ortaq bəyanatın yayımlanmasından dərhal sonra feysbuk hesabında açdığı canlı yayımda bildirib.

Bundan sonra Paşinyan canlı yayımda insanları “inqilabı müdafiə etmək üçün” Respublika Meydanına toplaşmağa çağırıb.

“Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətini qorumaqdır”,- deyə o qeyd edib.

Paşinyan baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü, ancaq indiki vəziyyətdə cəmiyyətin yüksək rütbəli hərbçilərə müəyyən sualların olduğunu və bu suallardan qaçmağın mümkünsüz olduğunu bildirib.

Hökumət rəhbəri məhz bu sualları onlara yönləndirdiyinə görə ordunun onu istefaya çağırdığını qeyd edib.


Geri dön