Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?

Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?


25-02-2021, 10:48. Yazar: Admin

 

Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.

Qarabaginfo.az "Yenisabah"a istinadən xəbər verir ki, yollar buz bağlaması səbəbilə təkcə bir günlük - ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb oldu.

Belə ki,  dünənə kimi 1,30 manata satılan “doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub. 

İçərisində 10 ədəd olan “dönər lavaş”ının qiyməti isə  1,20-dən 1,44-ə yüksəlib. 

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.

Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?
Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?
Azərbaycanda çörəyin qiyməti qalxdı: Bunu kim edir?

Geri dön