Ana Sayfa > Karusel / Gündəm > Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab  

Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab  


25-02-2021, 10:37. Yazar: Admin

“Yol və meteoroloji şərait nəzərə alınmadığı üçün ən çox yol qəzaları Yasamal rayonu və Günəşli qəsəbəsi ərazilərində baş verib. Çünki bu ərazilər Bakının ən hündür əraziləridir".

 

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

 

V.Əsədov deyib ki, həmçinin Lökbatan dairəsi, 3-cü Kənar Dairəvi Yol, "Şamaxı yol" istiqaməti, "20 Yanvar" metrostansiyasının yaxınlığı, Ziya Bünyadov, Babək və Tbilisi prospektləri, Suraxanı rayonu ərazilərində yol nəqliyyat hadisələrinin sayı çox olub.

 

Əsədov bildirib ki, hazırda Bakının mərkəzi küçələri və adıçəkilən sürüşmə ehtimalı çox olan ərazilər nəzarətə götürülüb.

Modern.az


Geri dön