Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qarabaginfo.az xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.