Ana Sayfa > Karusel / Region > Rusiya Paşinyanın “İsgəndər”lə bağlı iddialarında sərt CAVAB VERDİ
Rusiya Paşinyanın “İsgəndər”lə bağlı iddialarında sərt CAVAB VERDİ24-02-2021, 15:05. Yazar: Admin |
Ermənistanın baş naziri Nikol Paşinyanın II Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərininin yararsızlığı və partlamaması barədə iddiaları Rusiyada hiddətə səbəb olub. “Bir insan özünə bəraət qazandırmağa çalışırsa, onun üçün “İsgəndər”lər də yararsızdır, erməni xalqı və ordusu da günahkardır. Əlbəttə ki Paşinyanın dedikləri doğru deyil. Rusiya istehsalı olan "İsgəndər" müxtəlif təlimlərdə sınaqdan çıxıb və hədəfi çox yüksək dəqiqliklə vura bilib. Buna heç bir şübhə ola bilməz. Suriyada da “İsgəndər”lərdən çox dəqiq və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın iddiaları ilə qəti razı deyiləm”. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın II Qarabağ müharibəsində “İsgəndər” raketlərindən vaxtında istifadə edilmədiyi barədə iradlarına cavabında bildirib: - Qoy sual versin (Serj Sarkisyan) ki, niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı?... Bəlkə bu 80-ci illərin silahı idi?”. Geri dön |