Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda son sutkada 220 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda son sutkada 220 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb, 2 nəfər vəfat edib24-02-2021, 14:55. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib, aktiv xəstə sayı 2 281 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, ötən müddət ərzində isə ümumilikdə 2 571 016 test aparılıb.
Geri dön |