2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.
"Qarabaginfo" xəbər verir ki, “Apa-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmək haqqı neft sektorunda 3062,3 manat, qeyri-neft sektorunda 465,4 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 392,7 manat, özəl müəssisələrdə isə 709,4 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.