Ana Sayfa > Karusel / Gündəm > Uşaq evində böyüyən şəhid dəfn olundu - Foto

Uşaq evində böyüyən şəhid dəfn olundu - Foto


23-02-2021, 16:04. Yazar: Admin

Uşaq evində böyüyən şəhid dəfn olundu

Vətən müharibəsində itkin düşmüş hərbçilərin siyahısında olan 2000-ci il təvəllüdlü Əmrah Rajapov bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Qarabaginfo.az xəbər verir ki, dəfn mərasimində şəhər İcra Hakimiyyəti aparatının rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Gəncə Uşaq Evində böyüyən və 2019-cu ildə hərbi xidmətə yollanan Ə. Rajapov oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

  



Geri dön