Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
Ana Sayfa > Karusel / Gündəm > Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək


23-02-2021, 12:17. Yazar: Admin

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

 

Qarabaginfo.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək. 

 

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.


Geri dön