Ana Sayfa > Karusel / Gündəm > Nazirlik rəsmisi: "Azərbaycanda pensiya yaş həddi yuxarı deyil"

Nazirlik rəsmisi: "Azərbaycanda pensiya yaş həddi yuxarı deyil"


23-02-2021, 12:14. Yazar: Admin

 

"Hazırda ölkədə əhalinin pensiya yaş həddi yüksək deyil. Bununla bağlı mütəmadi təhlillər və müşahidələr aparılır".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov "Yeni TV"yə müsahibəsində deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda pensiya yaş həddinin yuxarı olması müşahidə edilmir: “Həyat səviyyəsinin ömür uzunluğunun artması səbəbindən pensiya yaş həddi mərhələli şəkildə artır. 65 yaşa çatanda proses tamamlanacaq”.

Şöbə müdiri vurğulayıb ki, hazırda Dövlət Statistika Komitəsinin müəyyən etdiyi rəqəmlərə görə Azərbaycanda orta ömür uzunluğu 77 ildir. Pensiya yaş həddinin yüksək olması ilə bağlı səsləndirilən fikirlər məntiqə və araşdırmalara söykənmir. Bu gün ölkədə 1 milyon 232 min pensiyaçı var. Onun 54%-i 12 ildən artıqdır pensiya alır. Hansı ki, onların pensiya kapitalları artıq bitib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 522 vakant yer üzrə müsabiqə elan edir


Geri dön