Ana Sayfa > Karusel / Gündəm > Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR

Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR


22-02-2021, 11:31. Yazar: Admin

Rusiyanın Ermənistandakı hərbi bazası genişləndirilə bilər.

Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Vaqarşak Arutunyan açıqlama verib.

 

“Biz Rusiya hərbi bazasının geünişləndirilməsi və gücləndirilməsində maraqlıyıq”- deyə Arutunyan söyləyib. O 102-ci hərbi bazanın tərkibindəki hərbi hissələrdən birinin şərq istiqamətində dislokasiya oluna biləcəyini əlavə edib.

Bu isə Rusiya ordusunun Azərbaycanlıa sərhəd yaxınlığında yerləşməsi demək olacaq.

Bununla belə, Arutunyan ölkədə Rusiyaya məxsus ikinci hərbi bazanın yaradılmasına ehtiyac olmadığını söyləyib.

 

Rusiyanın Gümrüdəki hərbi bazasında hazırda 5 min hərbi qulluqçu xidmət edir.  


Geri dön