Ana Sayfa > Karusel / Gündəm > Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?

Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?


22-02-2021, 10:55. Yazar: Admin

Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?

 

Ötən gün sosial şəbəkələrdə hüquq mühafizə orqanları tərəfindən Quba Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə məlumat yayılıb.

“Qafqazinfo” məsələylə bağlı icra hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, hazırda icra başçısı öz işinin başındadır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, yayılan məlumatlarda icra başçısı Ziyəddin Əliyevin bir neçə şəxsə məxsus əmək haqlarını mənimsədiyi iddia edilirdi.


Geri dön