Ana Sayfa > Karusel / Cəmiyyət > Kiçik çillə yerini Boz aya verdi-
Kiçik çillə yerini Boz aya verdi-21-02-2021, 20:22. Yazar: Admin |
-
Xalq təqviminə əsasən, Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə başa çatıb. Bu gündən onu Boz ay əvəzləyəcək...
Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır. Amma kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən zamandır. Bu məqamda belə bir sual yaranır. Niyə məhz Boz ay? Kiçik çillədən sonrakı ayın Boz adlanması hansı anlama gəlir? Bu onunla izah olunur ki, Boz ayda havalar tez-tez dəyişir. Bir gün isti ola bilər, səhər soyuq ola bilər, yəni hava üzünü bozardır.Boz ay haqqında bir neçə deyim də var. Məsələn: “Boz ay bozara-bozara keçər”. Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Elə baharın müjdəçisi hesab olunan novruzgülü də adətən Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Etnoqraflar deyirlər ki, novruzgülü Boz ay girməmiş heç vaxt açmır.
Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq. Geri dön |