Bu gün Bakı şəhəri Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
"Qarabaginfo" xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının eləcədə qeyri qanuni qoşulmaların ləğvi ilə əlaqədar, yanvarın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.