Ana Sayfa > Karusel / Gündəm > Ermənilər Zəngəzurun Zeyvə kəndini BOŞALDIR

Ermənilər Zəngəzurun Zeyvə kəndini BOŞALDIR


18-02-2021, 16:26. Yazar: Admin

Zəngəzurun David Bek (Zeyvə) kəndinin sakinləri bölgəni tərk edir.

 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə kəndin icma rəhbəri Beniamin Poqosyan açıqlama verib.

O, sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu və təsərrüfatla məşğul olmaq üçün yararlı torplaqlarının az olmasından şikayətlənib.

“Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkün deyil. Kəndçilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərləı maraqlanmır”.

 

Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq.  (Modern.az)


Geri dön