Ana Sayfa > Karusel / Gündəm > Naxçıvanda niyə maska taxmırlar…
Naxçıvanda niyə maska taxmırlar…18-02-2021, 16:01. Yazar: Admin |
Hazırda respublika üzrə koronavirusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə edilir. Rəsmi məlumata görə, respublika üzrə ən çox yoluxma 52,2 %-lə Bakıda, ən az yoluxma isə 0,05 %-lə Naçıvandadır. Bakı əhalisinin sərt karantin qaydalarından təngə gəldiyi bir vaxtda Naxçıvana səyahət edənlər orada karantin rejimin tətbiq olunmadığını, orta və ali məktəblərdə dərslərin ənənəvi qaydada tədris olunduğunu, açıq və qapalı məkanlarda insanların maska taxmadığını, toy və yas mərasimlərinin hərzamankı kimi qeyd edildiyini bildirirlər.
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda COVID-19 virusuna yoluxmanın az olmasına səbəb nədir? Buna necə nail olunub?
“Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin, dezinfeksiyaedicilərlə təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən əməkdaşlarına aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilir. Bütün yaşayış məntəqələrində görülən qabaqlayıcı tədbirlərin, davamlı dezinfeksiya işlərinin, həmçinin COVID-19 əleyhinə vaksinasiya aparılmasının nəticəsidir ki, ölkə səviyyəsində xəstəliyə ən aşağı yoluxma halı məhz muxtar respublikada müşahidə olunub”.
“Naxçıvanda əvvəldən tətbiq edilən bütün qaydalara hamı bir nəfər kimi riayət etdi. Ona görə də indi hamı rahat şəkildə işinə gedir, təhsilinə davam edir, xəstəlik də azdır. Bakıda isə insanlar maska taxılmağın vacib olduğu vaxtda taxmadılar. Bir də görürsən ki, maskanı çıxarıb saatlarla ünsiyyətdə olurlar, deyirlər “heç nə olmaz”. Naxçıvanda insanlar məsuliyyətlidir, özlərini qoruyurlar. Üstəlik respublika rəhbərliyi bu məsələyə çox ciddi yanaşır. Naxçıvan Ali Məclisi tərəfindən elə bir şərait yaradılıb ki, həm qaydalara əməl olunur, həm də nəzarət yetəri səviyyədədir”.
Deputat həmçinin deyib ki, Naxçıvanın havası da bu məsələdə mühüm rol oynayıb:
E.İbrahimov ötən ilin yay aylarında Naxçıvanda yoluxmannın kəskin artması və hətta xəstəxanlarda yer olmaması barədə məlumatları təkzib edib:
Geri dön |