Hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarında hazırkı vəziyyət haqqında məlumat açıqlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qarabaginfo.az-a verilən məlumata görə, 18 fevral 2021-ci il saat 09:30-dək
- Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədində marşrut boyu yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub.
Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
- Giləzi – Xızı yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq, yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.
- Bakı – Qobustan yolunda səhər saatlarından başlayaraq, qar yağır, hazırda yola qum-duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Qobustan - Şamaxı – Muğanlı yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Muğanlı - Ağsu - Yevlax yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Bakı - Ələt - Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif qar yağır. Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Hacıqabul – Ucar – Yevlax yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Yevlax – Gəncə - Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədində marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
- Muğanlı – İsmayıllı yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.
- İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda marşrut boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəddə marşrut boyu qar yağır. Şəki rayonu ərazisində 5-7sm, Qax rayonu ərazisində 15-20sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
- Yevlax – Şəki (Göybulaq) yolu- Şəki rayonu ərazisində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Gəncə-Daşkəsən-Xoşbulaq yolu- Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
- Şəmkir - Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
- Ələt - Astara – İran İslam Respublikası ilə dövlət sərhəddə marşrut boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Masallı – Yardımlı yolu - Masallı rayonu ərazisində zəif qar yağır, Yardımlı rayonu ərazisində sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Lənkəran – Lerik yolu- Səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur. Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Hacıqabul – Bəhramtəpə – Horadiz yolu-Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.