Ana Sayfa > Karusel / Gündəm > Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı

Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı


17-02-2021, 14:05. Yazar: Admin

Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı

 

Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xatırladaq ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı olaraq müvəqqəti dayandırılmışdı.


Geri dön