Ana Sayfa > Karusel / Gündəm > Xudayarın məzar daşı hazırdır - Foto

Xudayarın məzar daşı hazırdır - Foto


17-02-2021, 12:48. Yazar: Admin

 

Xudayarın məzar daşı hazırdır

 

Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin məzarının üstü götürülüb.

Qarabaginfo.az xəbər verir ki, onun Bərdənin Şəhidlər Xiyabanındakı qəbrinin üstünə başdaşı və sinədaşı qoyulub.

Bundan əvvəl isə hələ də şəhidin qəbrinin üstünün götürülməməsi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, 22 yaşlı kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb.

 

 


Geri dön