Ana Sayfa > Karusel / Gündəm > Yerli benzinin keyfiyyətindəki nöqsan rəsmən ETİRAF OLUNDU
Yerli benzinin keyfiyyətindəki nöqsan rəsmən ETİRAF OLUNDU17-02-2021, 12:45. Yazar: Admin |
“Yanacağın qiymətinə və keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilir. 2020-ci ilin sonuna olan rəqəmlərə görə, 36 yanacaqdoldurma məntəqəsi üzrə yoxlamalar aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub. Vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.
Xidmət rəsmisi qeyd edib ki, istehlakçıların dediklərində həqiqət var: “Çünki yanacağın keyfiyyətində problemlər var. Yanacağın keyfiyyətilə əlaqədar standart hazırlanıb. Standartlaşdırma İnstitutu tərəfindən yanacağın istehsalından başlayıb vətəndaşa çatanadək standartlar müəyyənləşib. Həmin standartlar razılaşma mərhələsindədir. Ümid edirik ki, həmin standartlar tətbiq edildikdə, qeyd edilən problemlər aradan qalxacaq”. Geri dön |