Ana Sayfa > Karusel / Gündəm > Serj Sarkisyan Gəncə və digər şəhərlərin məqsədli şəkildə atəşə tutulduğunu etiraf etdi
Serj Sarkisyan Gəncə və digər şəhərlərin məqsədli şəkildə atəşə tutulduğunu etiraf etdi17-02-2021, 11:17. Yazar: Admin |
Serj Sarkisyan 44 günlük müharibədə Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən (OTRK) istifadə etdiyini açıqlayıb.
Qarabaginfo.az-ın məlumatına görə, Ermənistanın üçüncü prezidenti “Armnews”a müsahibəsində bildirib ki, erməni tərəfinin müharibə vaxtı “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərlə razılaşmır.
“Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub”.
O, raketlərin Azərbaycan Ordusu tərəfindən Şuşanın azad edilməsindən sonra şəhərə atıldığını bildirib.
Müharibənin gedişində “İsgəndər” OTRK-dan Azərbaycanın ərazilərinə zərbələr endirilməməsini isə S. Sarkisyan cavab zərbələrinin ola biləcəyi ilə izah edib. “Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”, - deyə o bildirib.
Bununla belə, S. Sarkisyan erməni tərəfinin Azərbaycan ərazilərinə digər silahlardan zərbələr endirmədiyi barədə fikirlərlə razılaşmadığını deyib, bununla da, Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...”
Eks-prezident bunu “böyük axmaqlıq” adlandırıb, bundan sonra Xankəndi və Xocavəndin atəşə məruz qaldığını deyib: “Mən demirəm ki, buna qədər Stepanakert (Xankəndi-red.) atəşə tutulmurdu. Lakin atəş iki hədəfə açılırdı: Ordu qərargahına və elektrik stansiyalarına...”
“İsgəndər” OTRK-dan istifadənin zəruriliyini bir daha vurğulayan S. Sarkisyanın sözlərinə görə, ilk növbədə, neft və qaz kəmərlərinə zərbələr endirilməliydi.
“Biz “İsgəndər”ləri niyə əldə etmişdik, niyə gətirmişdik? Lazım olan anda istifadə etməmək üçün?” deyən eks-prezident kompleksdən istifadə etməməyə dair razılaşma olduğuna inanmadığını da bildirib.
“Biz müttəfiqimizin bu silahı verdiyi yeganə ölkəyik. Və onu tətbiq etməmək?.. Mən anlamıram”, - deyə S. Sarkisyan fikirlərini tamamlayıb.
Geri dön |