Ana Sayfa > Karusel / Gündəm > “Əli və Nino”dan oğurluq edən azyaşlılar SAXLANILDI

“Əli və Nino”dan oğurluq edən azyaşlılar SAXLANILDI


17-02-2021, 11:11. Yazar: Admin

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub. 

 

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

 

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərlinin ötən gün yaydığı məlumata görə, bir neçə şəxs mağazanın Fəvvarələr Meydanında yerləşən filialında işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlayıblar.


Geri dön