Ana Sayfa > Karusel / Sosial > Ərdoğan ABŞ-ın Suriyanın şimalında qurmaq istədiyi ordunu məhv edəcəklərini bildirib

Ərdoğan ABŞ-ın Suriyanın şimalında qurmaq istədiyi ordunu məhv edəcəklərini bildirib


15-01-2018, 15:52. Yazar: Admin

 

erdogan abs in suriyanin simalinda qurmaq istediyi ordunu mehv edeceklerini bildirib

“Müttəfiqimiz dediyimiz bir ölkə bütün etirazlarımıza baxmayaraq, sərhədimizi boyu bir terror ordusu qurmağa çalışır. Bunun Türkiyədən başqa hədəfi ola bilərmi? ABŞ-ın artıq niyyətini açıq ifadə etməsindən məmnunluq duyarıq”.

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ Türkiyə sərhədi boyu terror ordusu quracağını elan edib: "Bizə düşən də bu terror ordusunu doğulmamış, yerində boğmaqdır. ABŞ onlara 4800 min yük maşını silah göndərib. Nə qurursan qur, o 30 minlik terror ordusu orada səni təmsil edə bilməyəcək və rəzil, rüsvay olacaqsan. Bizim müttəfiqlərimizə söylədiyimiz budur ki, terrorçularla, qatil sürüləri ilə aramızda durmayın, yoxsa ortaya çıxan nəticələrə görə biz məsuliyyət daşımayacağıq. Terror təşkilatlarının bazalarında qaldırılan bayraqlarınızı özünüz endirin ki, biz endirib, sizə verməli olmayaq. Terrorçuların üzərlərində olan işarələri sökün ki, terrorçularla birlikdə olan hərbçilərinizi biz torpağa gömmək məcburiyyətində qalmayaq. Afrin və Münbic əməliyyatına hazırlıq başa çatıb. Əməliyyat hər an başlaya bilər. Sərhədimizdə bir terrorçu qalana qədər mübarizəmiz davam edəcək”.

 

R. T. Ərdoğan qeyd edib ki, ABŞ Türkiyəyə müttəfiq kimi yanaşmalıdır: “Mən onlara demişəm ki, biz o terrorçuları yaxşı tanıyırıq, peşman olacaqsınız. İki gün sonra çətinə düşən zaman ABŞ əsgərlərinə ilk silah çevirən qurmaq istədikləri 30 minlik terrorçu ordusu olacaq”.

 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. Dünən ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.


Geri dön