Ana Sayfa > Karusel / Gündəm > İcra başçısı Badamdardakı sürüşmədən danışdı

İcra başçısı Badamdardakı sürüşmədən danışdı


16-02-2021, 12:25. Yazar: Admin

İcra başçısı Badamdardakı sürüşmədən danışdı

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsindən sonra ərazidə lazımi təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsinə münasibət bildirib.

Bununla bağlı açıqlama verən icra başçısı deyib ki, sürüşmə zonası ilə bağlı aidiyyəti qurumlar məşğul olur.

"Yəni hazırda bu işlərlə əlaqədar Fövqəladə Hallar Nazirliyi məşğul olur. Təbii ki, bu istiqamətdə işlər gedir", - V.Zeynalov əlavə edib.

Qeyd edək ki, 28 yanvar 2021-ci il tarixində saat 21:05-də 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Report.az


Geri dön