Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 106 nəfər COVID-19-dan sağalıb, 74 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda son sutkada 106 nəfər COVID-19-dan sağalıb, 74 nəfər yoluxub, 3 nəfər vəfat edib


15-02-2021, 19:13. Yazar: Admin

 

Azərbaycanda son sutkada 106 nəfər COVID-19-dan sağalıb, 74 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib, aktiv xəstə sayı 2 254 nəfərdir.

Ölkədə son sutka ərzində 4 160, hazırkı dövrədək isə 2 506 005 test aparılıb.


Geri dön