Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Ana Sayfa > Karusel / Dünya > Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər


Bu gün, 22:53. Yazar: Admin

Ermənistan Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri çoxdan razılaşdırılıb və Kreml bu səfərə hazırlaşır.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya və Ermənistan liderləri İrəvanın Avrasiya iqtisadi İttifaqında qalıb-qalmamaq məsələsini də müzakirə edəcəklər. O deyib ki, Ermənistanın Avropa İttifaqına istiqamətlənməsi və Avrasiya İqtisadi Birliyinin üzvlüyündə qalmaq istəyi uyğunsuzdur.

 

Peskovun sözlərinə görə, çətinliklərə baxmayaraq, Rusiya və Ermənistan “kifayət qədər geniş münasibətlər” saxlayırlar.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvaya səfər edəcəyini açıqlayıb. O, dünən keçirdiyi brifinqdə Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı qanunun ləğvinin mümkün olmadığını bildirib. Rəsmi Moskva isə dəfələrlə vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvü ola-ola Avropaya inteqrasiyasını davam etdirə bilməz.


Geri dön