Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb 
Ana Sayfa > Karusel / Siyasət > Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb 

Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb 


Bu gün, 22:40. Yazar: Admin

Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB

Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

TRT Haber xəbər verir ki, Gürcüstan səfiri Kalandia Batumidə UEFA Avropa Liqasının “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən insidentlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə baş verən hadisələrə görə etiraz edilib, müxtəlif dəlillər paylaşılıb.

Hadisələrin bütün aspektlərinin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsi tələb olunub.


Geri dön