Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu
Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu

Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu


Bu gün, 22:38. Yazar: Admin

ukrayna-rusiyada-raket-yanacagi-istehsal-eden-zavodu-vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən “Yefremov sintetik kauçuk zavodu”na zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, hücum Rusiyada fəaliyyət göstərən “Çornaya İskra” müqavimət hərəkatı ilə birgə həyata keçirilib. Sözügedən müəssisə, o cümlədən “İsgəndər” ballistik raketləri üçün bərk yanacaq istehsalında iştirak edir. Zavoda dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Baş Qərargah noyabrın 23-də Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna endirilən zərbənin nəticələrini də açıqlayıb. Məlumata görə, hücum nəticəsində 20 yanacaq rezervuarı məhv edilib, daha 32 rezervuar və boru kəmərinin bir hissəsi zədələnib.

Qeyd edək ki, sözügedən zavod ildə 7,5 milyon tonadək neft emal etmək gücünə malikdir.


Geri dön