Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir

Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir


Bu gün, 22:34. Yazar: Admin

Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunan qəbulda iştirak edib.

Qarabaginnfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir çıxışında Azərbaycan və Estoniya arasında uzunmüddətli tarixi əlaqələri vurğulayıb, səfirliyin Bakıda fəaliyyətə başlamasını ikitərəfli münasibətlərdə yeni mərhələ kimi qiymətləndirib.

Ceyhun Bayramov ticarət, investisiya, nəqliyyat, logistika, enerji, təhsil, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkib.

O, müsbət siyasi dialoqun konkret və qarşılıqlı faydalı nəticələrə çevrilməsinin, eləcə də mövcud ikitərəfli mexanizmlər və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.


Geri dön